Bəqərə Surəsi 188. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mallarınızı öz aranızda haqsızlıqla yeməyin camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın.
Bünyadov-Məmmədəliyev:
Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!
Elmir Quliyev :
Не пожирайте незаконно между собой своего имущества и не подкупайте судей, чтобы пожирать часть имущества людей, сознательно совершая грех.
Ələddin Sultanov:
Mallarınızı aranızda haqsızlıqla yeməyin xalqın malından bir qismini bilə-bilə günah yolu ilə yemək üçün onu (malınızı) hakimlərə (rüşvət olaraq) verməyin!
Kerbelayi Malik ağa:
Bir-birinizin mallarınızı aranızda batil ilə (haqsızlıqla) yeməyin. İnsanların mallarından bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu hakimlərə (rüşvət olaraq) verməyin.
Ələsgər Musayev:
Yeməyin mallarınızı aranızda batillə verməyin onu hakimlərə yemək üçün firqəsini mallarından insanların günah ilə siz bilirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Mallarınızı öz aranızda haqsız yerə yeməyin camaatın mallarının bir qismini günah haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin.
Kövsər Tağıyev:
Aranızda bir-birinizin mallarını haqsız yerə yeməyin. İnsanların mallarından bir qismini bilə-bilə günaha girərək yemək üçün onları səlahiyyət sahiblərinə (rüşvət olaraq) verməyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir-birinizin malını haqsız olaraq yeməyin, adamların malının bir hissəsini bilə-bilə günahkarcasına yemək üçün onu hakimlərin (hökmünə) verməyin.
Sabirə Dünyamalıyeva:
Aranızda mallarınızı da batil səbəblərlə yeməyin. Başqalarının mallarından bir qismini bilərək günah yolu ilə yemək üçün mallarınızı hakimlərə verməyin.