Əraf Surəsi 189. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) (bir müddət) onu (bətnində) gəzdirdi. (Zövcəsi) ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”(– deyə) dua etdilər.
Bünyadov-Məmmədəliyev:
Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” dedi.
Elmir Quliyev :
Он Тот, Кто сотворил вас из одного человека. Он создал из него супругу, чтобы он нашел в ней покой. Когда же он вступил с ней в близость, она понесла легкое бремя и ходила с ним. Когда же она отяжелела от бремени, они вдвоем воззвали к Аллаху, своему Господу: "Если Ты даруешь нам праведного ребенка, то мы непременно будем в числе благодарных".
Ələddin Sultanov:
Sizi tək bir candan (Adəmdən) yaradan onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
Kerbelayi Malik ağa:
Sizi bir nəfsdən yaradan onunla rahatlıq tapmağınız üçün, ondan onun zövcəsini yaradan Odur. Beləcə, ona (sarılıb) örtüncə, yüngül bir yüklə yükləndi (hamilə qaldı). Onunla gəzib dolaşdı. Ağırlaşdığı zaman ikisinin Rəbbi olan Allaha dua etdilər: ‘Əgər bizə bir saleh (övlad) versən, mütləq şükür edənlərdən olarıq.’
Ələsgər Musayev:
O - Odur ki, sizi vahid nəfsdən xəlq etdi etdi ondan zövcünü onun, sakin olması üçün tərəfinə onun. Amma elə ki, onunla yaxınlıq etdi, o, yüngül yük yetirdi, onunla hərəkət etdi. Amma elə ki, o, ağırlaşdı, onlar ikisi Allahı Rəblərini çağırdılar: «Əgər Sən bizə saleh olan versən, Sənə şükr edənlərdən olarıq.
A.Mehdiyev və D.Cəfərli:
Sizin hər birinizi bir candan (atanızdan) yaradan yanında rahatlıq tapması üçün zövcəsini onun cinsindən edən Odur. Beləliklə elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı - öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».
Kövsər Tağıyev:
Allah sizi tək bir nəfsdən yaradan onunla hüzur tapsın deyə zövcəsini ondan yaradandır. (İnsan) zövcəsi ilə birləşdikdə zövcəsi yüngül bir yük yüklənir (hamilə qalır) (bir müddət) onu daşıyır. Hamiləliyi ağırlaşdıqda ikisi Rəbləri Allaha: “Əgər bizə yaxşı sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olacağıq”, deyə dua edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Odur sizi bir candan xəlq edən ünsiyyət bağlayıb rahatlanmaq üçün ondan onun zövcəsini yaradan. O, zövcəsi ilə yaxınlıq etməklə o [zövcə], yüngül bir yüklə yükləndi [hamilə oldu] onunla bir müddət gəzib dolandı. Elə ki, o [zövcə] ağırlaşdı, hər ikisi Rəbbi olan Allaha dua etdilər: "Bizə sağlam bir (övlad) bəxş etsən, Sənə şükr edərik!"
Sabirə Dünyamalıyeva:
O, sizi bir candan əmələ gətirdi ondan da, onunla ünsiyyət bağlasın deyə zövcəsini yaratdı. O, onu örtüb bürüyən zaman, o yüngül bir yüklə yükləndi. onunla gedib-gəldi. Qadın ağırlaşdığında, dərhal o ikisi Rəblərinə dua etdilər: "Əgər bizə sağlam bir uşaq versən, and olsun ki, mütləq əvəzini verənlərdən olarıq."