Yunus Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.
Bünyadov-Məmmədəliyev:
İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar. Əgər Rəbbin tərəfindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (sorğu-sual cəza qiyamətə saxlanılmasaydı), ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.
Elmir Quliyev :
Люди были единой общиной верующих, но впали в разногласия. И если бы прежде не было Слова твоего Господа, то их разногласия были бы разрешены.
Ələddin Sultanov:
İnsanlar tək bir ümmət idilər. Sonra isə ixtilafa düşüb ayrıldılar. Əgər Rəbbindən (əzabın gecikdirilməsinə dair) bir söz olmasaydı, ixtilafa düşdükləri məsələlər haqqında aralarında mütləq hökm verilərdi.
Kerbelayi Malik ağa:
İnsanlar tək bir ümmət idi. Sonradan ixtilafa (ayrılığa) düşdülər. Rəbbindən bir kəlmə keçmiş (verilmiş) olmasaydı, onların aralarında ixtilafa düşdükləri şey haqqında mütləq hökm verilərdi.
Ələsgər Musayev:
Oldular insanlar ancaq vahid bir ümmət ixtilaf etdilər. Əgər Rəbbindən qabaqcadan kəlmə olmasaydı, aralarında həll olunardı, nədə ki, onda ixtilaflıdırlar.
A.Mehdiyev və D.Cəfərli:
İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünya işlərində ictimai münasibətlərə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsində (əməli surətdə) hökm edilərdi. (Bəqərə surəsinin 213-cü ayəsinə müraciət edin.)
Kövsər Tağıyev:
İnsanlar (başlanğıcda tövhid etiqadına bağlı) tək bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər (əzabın müəyyən bir vaxta qədər göndərilməməsi ilə bağlı əzəldə) daha əvvəl Rəbbindən bir söz olmasaydı, ixtilafa düşdükləri şeylər barəsində aralarında dərhal hökm verilər (işləri bitirilər)di.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlar ancaq vahid bir millət idilər, sonra ixtilafa düşüb ayrıldılar. Əgər sənin Rəbbin tərəfindən əvvəlcədən bir kəlam [hökm] gəlməsəydi, ixtilafda olduqlarına görə onların işi bitmiş olardı.
Sabirə Dünyamalıyeva:
insanlar, vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər əgər Rəbbin tərəfindən bir Söz[#199] verilməsəydi, ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm həqiqətən verilmiş olardı.