Əlixan Musayev:
Allahın göyləri və yeri haqdan yaratdığını görmürsənmi? Əgər O, istəsə, sizi yox edib (yerinizə) yeni bir məxluq gətirər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum və ya ey mömin insan!) Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər (Allah) istəsə, sizi yox edib yerinizə başqa bir məxluq (insan tayfası) gətirər.
Elmir Quliyev
:
Разве ты не видишь, что Аллах сотворил небеса и землю ради истины? Если Он пожелает, то уведет вас и приведет другие творения.
Ələddin Sultanov:
Allahın göyləri və yeri haqq ilə yaratdığını görmədinmi?! Əgər O diləyərsə, sizi yox edib (sizin yerinizə) başqalarını gətirər.
Kerbelayi Malik ağa:
Allahın səmaları və yer üzünü haqq ilə yaratdığını görmürsənmü? Əgər O, diləsə sizi yox edər və yerinizə yeni bir xalq gətirər.
Ələsgər Musayev:
Ə, görmədinmi, həqiqətən, Allah xəlq etdi səmaları və
ərzi haqq ilə? Əgər O istəyə sizi aradan aparar və yeni xəlq
gətirər.
A.Mehdiyev və D.Cəfərli:
Məgər (qəlb gözü ilə) Allahın göyləri və yeri (və bu heyranedici əzəmətli quruluşu) haqq olaraq (uca və əqli bir məqsəd üçün) yaratdığını görmədin? Əgər istəsə sizi (azğınlıq və itaətsizlik edəcəyiniz təqdirdə) yox edər və (varlıq səhnəsinə) yeni bir məxluq gətirər.
Kövsər Tağıyev:
Allahın göyləri və yeri haqq və hikmətə uyğun olaraq yaratdığını görmədinmi? İstəsə sizi yox edər və yeni bir xalq gətirər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsən? Əgər O, istəsə, sizi yox edib, (yerinizə) yeni məxluq gətirər.
Sabirə Dünyamalıyeva:
Göyləri və yer üzünü Allahın haqq ilə əmələ gətirdiyini görmədinmi/heç düşünmədinmi? O istəsə, sizi yox edər və yeni bir xalq/yaradılış gətirər.