Əlixan Musayev:
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
Bünyadov-Məmmədəliyev:
Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.
Elmir Quliyev
:
Мы простерли землю, поместили на ней незыблемые горы и взрастили на ней в меру всякие вещи.
Ələddin Sultanov:
Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik.
Kerbelayi Malik ağa:
Yer üzünü döşədik və oraya böyük dağlar yerləştirdik. Orada hər şeydən lazımi ölçüdə bitkilər yetişdirdik.
Ələsgər Musayev:
Genişləndirdik ərzi və onun üzərində
möhkəm dayaqlar etdik və onda münasib olaraq külli şeydən
göyərtdik.
A.Mehdiyev və D.Cəfərli:
Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.
Kövsər Tağıyev:
Yeri də döşədik, ona sabit dağlar yerləşdirdik və orada hər şeyi müəyyən ölçüdə yetişdirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz yeri döşədik, dağları oraya lövbər atdıq və orada hər şeydən [bitkidən] qədərincə bitirdik.
Sabirə Dünyamalıyeva:
Yer üzünü də yaydıq və oraya möhkəm dayaqlar/dağlar yerləşdirdik. Və yer üzündə hər cür bitkilərdən ölçülmüş [olaraq] bitirdik.