Əlixan Musayev:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
Bünyadov-Məmmədəliyev:
Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.
Elmir Quliyev
:
А если кто возлюбит Последнюю жизнь и устремится к ней надлежащим образом, будучи верующим, то его старания будут отблагодарены.
Ələddin Sultanov:
Kim axirəti istəyər və mömin olaraq onun üçün səy göstərərsə, onların səyləri qəbul olunar.
Kerbelayi Malik ağa:
Kim mömin olaraq axirəti istərsə və onun (axirət) üçün onun tələb etdiyi şəkildə çalışsa, o zaman onların çalışması beləcə məşkur (şükrünü, qarşılığını haqq edən) oldu.
Ələsgər Musayev:
Kim istədi axirəti və səy etdi onun üçün və o, inanandır
– onların səylərinə təşəkkür olunar.
A.Mehdiyev və D.Cəfərli:
kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.
Kövsər Tağıyev:
Kim də mömin olaraq axirəti istər və ona çatmaq üçün lazımınca səy göstərərsə, onlara səylərinin qarşılığı verilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim mömin olub axirət arzusunda isə və ona var gücü ilə can atarsa, onların bu səyi təşəkkürə layiqdir.
Sabirə Dünyamalıyeva:
Kim də axirəti istəsə və mömin olaraq axirətə yaraşan bir əzmlə axirət üçün çalışsa, bax elələrinin əməlinin əvəzi ödənəcək.