Ənbiya Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdə yerdə kimlər varsa, (hamısı) Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir (bundan) yorulmurlar.
Bünyadov-Məmmədəliyev:
Göylərdə yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz (bu ibadətdən) yorulmaq bilməzlər.
Elmir Quliyev :
Ему принадлежат все, кто на небесах и на земле. А те, кто находится рядом с Ним, не превозносятся над поклонением Ему и не устают.
Ələddin Sultanov:
Göylərdə yerdə olan hər kəs Ona məxsusdur. Onun dərgahında olanlar Ona ibadət etmək xüsusunda təkəbbürlənməz yorulmazlar.
Kerbelayi Malik ağa:
Səmalarda yerdə kim varsa hamısı Onundur. Onun dərgahında olan kəslər (hüzur namazını qılanlar) Ona ibadət etməkdən kibirlənməzlər onlar yorulmazlar.
Ələsgər Musayev:
Onun üçündür kim ki, səmalarda ərzdə var. Kim ki, yanındadır Onun, təkəbbürlük etməzlər ibadətindən Onun yorulmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə yerdə olan hər bir şey hər bir kəs Ona məxsusdur (çünki yaratmaq, idarə etmək yox etmək bunların hamısı Onun ixtiyarındadır). Onun yanında olanlar (mələklərdən, həmçinin insan cinlərin əməlisalehlərindən Onun dərgahına yaxın olanlar) Ona ibadət etməkdən heç vaxt boyun qaçırmazlar heç vaxt yorulmaz, zəif düşməzlər.
Kövsər Tağıyev:
Göylərdə yerdə kim varsa, Onundur. Onun dərgahındakılar Ona ibadət etməkdən kibrlənib boyun qaçırar, yorğunluq (və usanma) hiss edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə yerdə kim varsa, Onundur. Onun dərgahında olanlar [mələklər] isə Ona ibadət etməkdə təkəbbür göstərmir ya yorulmaq bilmirlər.
Sabirə Dünyamalıyeva:
Göylərdə yer üzündə olan kəslər yalnız Ona məxsusdur.