Qəsəs Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) ikisinin düşməni olan kəsi (misirlini) yaxalamaq istədikdə o dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni öldürməkmi istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.
Bünyadov-Məmmədəliyev:
(Musa) onların hər ikisinin (həm özünün, həm onu köməyə səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!”
Elmir Quliyev :
Когда же он захотел схватить того, кто был их врагом, тот сказал: Муса (Моисей)! Неужели ты хочешь убить меня, как убил человека вчера? Ты лишь хочешь стать тираном на земле и не хочешь быть в числе тех, кто примиряет людей".
Ələddin Sultanov:
Musa ikisinin düşməni olan adamı yaxalamaq istəyərkən o belə dedi: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi məni öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalım biri olmaq istəyirsən xeyirxahlardan olmaq istəmirsən!”
Kerbelayi Malik ağa:
Beləcə ikisinin düşməni olan adamı yaxalamaq istədiyi zaman: ‘Ey Musa! Dünən öldürdüyün adam kimi məni öldürmək istəyirsən? Əgər (öldürmək) istəyirsənsə, o təqdirdə sən yer üzündə yalnız bir zülmkar olarsan. Sən barışdıranlardan (islah edənlərdən) olmaq istəmirsən.’ dedi.
Ələsgər Musayev:
Amma el? ki, ist?di doyussun o k?sl? ki, onlar?n h?r ikisin? dusm?n idi, dedi: «Ay Musa! ?, ist?yirs?n m?ni q?tl? yetir?s?n, n? q?d?r, dun?n q?tl? yetirdin n?fsi? S?n ist?yirs?n ki, ?rzd? ancaq zor ed?n olasan v? ist?mirs?n salehl?rd?n olasan!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
Kövsər Tağıyev:
Musa hər ikisinin düşməni olan adamı yaxalamaq istəyəndə adam: “Ey Musa! Dünən birini öldürdüyün kimi, məni öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zorba olmaq istəyirsən, araçılardan olmaq istəmirsən”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa özlərinə düşmən olan adamı vurmaq istəyəndə o adam dedi: "Ey Musa, dünən birisini öldürdüyün kimi məni öldürməkmi istəyirsən? Sən yer üzərində bir zülmkar olmaq istəyirsən, amma islah edənlərdən olmaq istəmirsən."
Sabirə Dünyamalıyeva:
Musa, ikisinin düşməni olan o adamı yaxalamaq istərkən, o adam: "Ey Musa! Dünən bir adamı vurub öldürdüyün kimi məni öldürmək fikrindəsən? Sən yalnız yer üzündə bir zülmkar olmaq istəyirsən sən islah edənlərdən olmaq istəmirsən" dedi.