Ali-İmran Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.
Elmir Quliyev :
Воистину, религией у Аллаха является ислам. Те, кому было даровано Писание, впали в разногласия только после того, как к ним явилось знание, по причине зависти и несправедливого отношения друг к другу. Если кто не уверовал в знамения Аллаха, то ведь Аллах скор на расчет.
Ələddin Sultanov:
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın dərgahındakı din İslamdır (təslim dinidir). Kitab verilənlər özlərinə elm gəldikdən sonra aralarındakı həsəd səbəbiylə ixtilafa düşdülər. Kim Allahın ayələrini örtsə (inkar etsə), o təqdirdə şübhəsiz ki, Allah hesabı tez görəndir.
Ələsgər Musayev:
Həqiqətən, din Allah yanında təslim olmadır. ixtilaf etdilər paxıllıqdan öz aralarında o kəslər ki, əta olunmuşdu kitab, ancaq ondan sonra ki, gəldi onlara elm. Kim küfr edərsə ayətilə Allahın həqiqətən, Allah sürətlidir hesaba.
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz (peyg?mb?rl?rin g?tirdikl?ri v? s?ri?t s?klind? b?s?riyy?t? t?qdim etdikl?ri h?qiqi) din Allah yan?nda h?min Islamd?r. (Y?hudi v? xacp?r?stl?r kimi) (s?ma) kitab(?) verilmis k?sl?r yaln?z, onlara (isin h?qiq?ti bar?sind?) elm g?ldikd?n sonra, (ozu d?) h?s?d v? t?k?bbur ucbat?ndan (oz dinl?rind?) ixtilafa dusdul?r. Kim Allah?n ay?l?rin? kafir olsa, (bilsin ki,) Allah tez hesab c?k?ndir.
Kövsər Tağıyev:
Şübhəsiz ki, Allah qatında din İslamdır. Kitab verilənlər onlara elm gəldikdən sonra sırf aralarındakı hərislik həddi aşma ucbatından təfriqəyə düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah çox tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Allah yanında din ancaq islamdır. Kitab bəxş olunmuşlar isə ancaq agah olduqdan sonra aralarındakı paxıllıq, kin-küdurət üzündən ixtilafa [ayrılığa] düşdülər. Kim Allahın ayələrinə inanmazsa (bilsin ki), Allah tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah yanında din, islamdır. Özlərinə Kitab verilən kəslər də, yalnız özlərinə o elm gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini ört-basdır etsə; şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.