Əlixan Musayev:
O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.
Elmir Quliyev
:
Он выводит живое из мертвого и выводит мертвое из живого. Он оживляет землю после ее смерти, и таким же образом вы будете выведены из могил.
Ələddin Sultanov:
Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də (qəbirlərinizdən) belə çıxardılacaqsınız.
Kerbelayi Malik ağa:
O, ölüdən dirini çıxarar və diridən ölünü çıxarar. Torpağı ölümündən sonra dirildər. Siz də eyni bunun kimi (torpaqdan) çıxarılacaqsınız.
Ələsgər Musayev:
Xaric edər dirini meyyitdən və
xaric edər meyyiti diridən və həyat verər ərzə ölümündən sonra
və beləcə siz də xaric olacaqsınız!
A.Mehdiyev və D.Cəfərli:
Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri) (soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) dirildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız.
Kövsər Tağıyev:
Allah ölüdən diri çıxarır, diridən də ölü çıxarır. Ölümündən sonra yer üzünü dirildir. Siz də (məzarlarınızdan) belə çıxarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
O, cansızdan canlı çıxarır, canlıdan da cansız, yeri ölümündən sonra cana gətirir. Siz də belə çıxarılacaqsınız.
Sabirə Dünyamalıyeva:
O, ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır və yer üzünə ölümündən sonra həyat verər. Sizlər də bax eləcə çıxarılacaqsınız.