Əlixan Musayev:
(Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır.
Bünyadov-Məmmədəliyev:
(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (möminlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!
Elmir Quliyev
:
поскольку они скупы по отношению к вам. Когда ими овладевает страх, ты видишь, как они смотрят на тебя. Их глаза вращаются, словно у того, кто теряет сознание перед смертью. Когда же страх проходит, они обижают вас острыми языками, скупясь на добро. Они не уверовали, и Аллах сделал тщетными их деяния. Это для Аллаха было легко.
Ələddin Sultanov:
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
Kerbelayi Malik ağa:
Sizə qarşı xəsisdirlər. Lakin qorxu üz verdikdə, ölüm səbəbiylə üstünə bayğınlıq çökmüş kimsə kimi gözləri dönmüş olaraq sənə baxdıqlarını görərsən. Qorxu keçib getdikdə isə, xeyir üçün (qənimət üçün) acı dilləri ilə sizi incidərlər. Onlar mömin deyildirlər. Bu səbəblə Allah onların əməllərini puç etdi. Bu, Allaha görə çox asan oldu.
Ələsgər Musayev:
sizin üçün
simiclik edərlər. Onda ki, onlara gəlir xof, görürsən ki, onlar
sənə baxırlar o halda ki, onların gözləri hədəqəsində oynayır, o
kəslər kimi ki, ölüm kölgəsi onları bürüyüb. Onda ki, xof geçdi,
sizi dil yarası ilə bərk incidirlər, xeyirə simiclik edirlər. Onlar
inanmazlar və Allah da onların əməllərin məhv edər və bu, oldu
üzərində Allahın asan!
A.Mehdiyev və D.Cəfərli:
Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
Kövsər Tağıyev:
Qorxu gəldikdə üstünə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdə isə qənimətə qarşı hədsiz hərislik göstərərək acı dillərlə sizi incidərlər. Onlar iman etmədilər. Allah da onların əməllərini puça çıxardı. Bu, Allah üçün asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
və sizə köməyi əsirgəyirlər. Ürəklərinə qorxu düşən zaman üzərinə ölüm kabusu çökmüş adam kimi gözlərini axıdıb çevirərək onların sənə baxdıqlarını görürsən. Qorxu keçdikdə isə onlar mala [döyüş qənimətinə] hərislik göstərərək səni acı dilləri ilə sancarlar. Onlar iman gətirən deyildirlər, Allah da onların əməllərini boşa çıxartmışdır. Bu, Allah üçün çox asandır.
Sabirə Dünyamalıyeva:
Sonra o qorxu sovuşanda, yaxşılığa qısqanclıq edərək sizə qarşı iti dillərini işə saldrılar. Bax onlar iman etmədilər, Allah da əməllərini puç etdi. Və bu, Allah üçün çox asandır.