Əlixan Musayev:
Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.
Bünyadov-Məmmədəliyev:
Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!
Elmir Quliyev
:
Аллах добр к Своим рабам и наделяет уделом, кого пожелает. Он — Всесильный, Могущественный.
Ələddin Sultanov:
Allah bəndələrinə qarşı çox lütfkardır. O, istədiyinə ruzi verər. O, yenilməz qüvvət sahibidir, qüdrətlidir.
Kerbelayi Malik ağa:
Allah qullarına Lətifdir. İstədiyi kimsəyə ruzi verər. O, Qəviyydir (qüvvətli), Əzizdir.
Ələsgər Musayev:
Allah
Lətifdir Öz bəndələri ilə. Ruzi verir kimə istəsə. O Qəvidir,
Əzizdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
Kövsər Tağıyev:
Allah qullarına çox lütfkardır, istədiyinə ruzi verər. O, güclüdür, mütləq güc sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Öz bəndələrinə lütfkardır; O, istədiyi kəsə ruzi verir. O, güclüdür, qüdrətlidir.
Sabirə Dünyamalıyeva:
Allah qullarına çox ərməğan verəndir. Dilədiyini/diləyəni ruziləndirir. Və O, hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.