Casiyə Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!
Elmir Quliyev :
Они нисколько не спасут тебя от Аллаха. Воистину, несправедливые помощники и друзья друг другу, а Аллах Покровитель богобоязненных.
Ələddin Sultanov:
Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar Allahdan gələn əmr haqqında əsla sənə fayda verə bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin dostudurlar. Allah təqva sahiblərinin dostudur.
Ələsgər Musayev:
Həqiqətən, onlar bir şeylə səni qəni edə bilməzlər Allahdan. Həqiqətən, zalimlərin bəzisi dostudur bəzisinin Allah dostudur müttəqilərin!
A.Mehdiyev və D.Cəfərli:
Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən zalımlar bir-birlərinin dost yardımçılarıdır. Allah (isə) təqvalıların başçı yardımçısıdır.
Kövsər Tağıyev:
Çünki onlar Allaha qarşı sənə əsla bir xeyir verə bilməzlər. Şübhəsiz, zalımlar bir-birilərinin dostlarıdır. Allah isə özünə qarşı gəlməkdən çəkinənlərin dostudur.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı onlar səni azacıq da olsa, Allah (cəzasından) qurtara bilməzlər. Həqiqətən, haqsızlar bir-birilərinin himayəçiləridir. Allah isə müttəqilərin himayəçisidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, onlar, Allah qarşısında sənə heç bir fayda verə bilməzlər. şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin bəzisi bəzisinin köməkçi, yol göstərən, himayəçi yaxınıdır. Allah isə Özünün mühafizəsi altına daxil olan kəslərin köməkçi, yol göstərən, himayəçi yaxınıdır.