Əlixan Musayev:
Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, (Allah) onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz.
Bünyadov-Məmmədəliyev:
Hamının (möminlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.
Elmir Quliyev
:
Для всех будут ступени, соответствующие тому, что они совершили, дабы Аллах воздал им сполна за их деяния, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah onlara əməllərinin əvəzini tam verəcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Hər kəsə əməllərinə görə dərəcələr vardır və (Allah) onlara əməllərinin əvəzini versin. Onlara zülm edilməz.
Ələsgər Musayev:
Külli üçün dərəcə vardır nədən ki, əməl ediblər. Veriləcək
onlara əməllərinin mükafatı və onlara zülm olunmaz.
A.Mehdiyev və D.Cəfərli:
(Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz.
Kövsər Tağıyev:
Hər kəsin etdiklərinə görə dərəcələri var. (Bu isə) Allahın onlara etdiklərinin qarşılığını tam verməsi üçündür. Əsla onlara haqsızlıq edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kəsə öz etdiyi işlərə uyğun dərəcələr vardır ki, Allah onların işlərinin əvəzini tam verə bilsin və onlara zülm olunmasın.
Sabirə Dünyamalıyeva:
Və hər kəs üçün işlədikləri əməllərdən müəyyən dərəcələr vardır. -Və onlar, haqsızlığa məruz qalmadan, Allahın onlara əməllərinin əvəzini tam olaraq verməsi üçündür.-