Məhəmməd Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm mömin kişilərin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri bilir! (Sizin gündüzlər-gecələr dünyada işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha məlumdur. Ondan heç gizli qalmaz!)
Elmir Quliyev :
Знай же, что нет божества, кроме Аллаха, и проси прощения за свой грех и за верующих мужчин и верующих женщин. Аллах знает о ваших передвижениях и вашей обители.
Ələddin Sultanov:
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm mömin kişi qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri bilir.
Kerbelayi Malik ağa:
O zaman Allahdan başqa İlah olmadığını bil öz günahların üçün, mömin kişilər mömin qadınlar üçün məğfirət dilə. Allah sizin dönüşünüzü sizin yurdunuzu bilir.
Ələsgər Musayev:
Bilin ki, həqiqətən, O yoxdur Ilahi, ancaq Allahdır. Öz günahların üçün bağışlanmaq istə kişilərdən qadınlardan olan inananlar üçün. Allah bilir qayıdacağınız yeri qalacağınız yeri!
A.Mehdiyev və D.Cəfərli:
Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) mömin kişi qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi (axirətdə) məskunlaşacağınız qərar tutacağınız yeri bilir.
Kövsər Tağıyev:
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm özünün, həm iman edən kişi qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib-dolaşdığınız yeri də, içində qalacağınız yeri bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. Öz günahlarının, mömin kişi qadınların (günahlarının) bağışlanmasını dilə. Allah sizin (gündüzlər ruzi üçün) ora-bura baş vurduğunuz yerləri də, (gecələr) yatıb dincəldiyiniz yerləri bilir.
Sabirə Dünyamalıyeva:
Elə isə, həqiqətən Allahdan başqa məbud deyə bir şeyin olmadığını bil! Öz günahın üçün, mömin kişilər mömin qadınlar üçün bağışlanmaq dilə. Allah, sizin gəzib-dolandığınız yeri dayanıb-durduğunuz yeri bilir.