Əlixan Musayev:
Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi”– deməyəsiniz deyə (haqqı) bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və qorxudan (bir peyğəmbər) gəldi. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir (Cənnətlə) müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz (Muhəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
О люди Писания! После периода, когда не было посланников, к вам явился Наш Посланник, давая вам разъяснения, дабы вы не говорили: "К нам не приходил добрый вестник и предостерегающий увещеватель". Добрый вестник и предостерегающий увещеватель уже явился к вам. Аллах способен на всё.
Ələddin Sultanov:
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Ey Kitab əhli! ‘Bizə müjdələyən və xəbərdarlıq edən gəlmədi.’ deyərsiniz deyə (deməməniz üçün), rəsulların (peyğəmbərlərin) fitrət dövründə (ardı-arasının kəsildiyi zamanda) sizlərə gerçəkləri açıqlayan Rəsulumuz gəlmişdi. Halbuki sizə ‘müjdələyən və xəbərdarlıq edən’ bir Rəsul gəlmişdi. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Ay əhli kitab!
Əlbəttə, gəldi sizə rəsulumuz bəyan edə sizin üçün, üzərində
fasiləsini rəsullardan deyərsiz ki: «Gəlmədi bizə bəşarət
verəndən və olmadı nəzərə çatdırandan». Əlbətdə, gəldi sizə
bəşarət verən və nəzərə çatdıran. Allah üzərində külli şeyin
Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir zamanda: “Bizə nə müjdələyən bir peyğəmbər gəldi, nə də xəbərdar edən”, – deməməyiniz üçün sizə (həqiqəti) açıqlayan elçimiz (Muhamməd) gəldi. (Bəli,) sizə bir müjdələyən və xəbərdar edən gəlmişdir. Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Kitab əhli! "Bizə nə bir müjdə verən, nə də xəbərdarlıq edən gəlmişdir.” - söyləməyəsiz deyə, peyğəmbərlərin (gəlməsinin arası kəsildiyi) bir dövrdə sizə (hər şeyi) aydınlaşdıran peyğəmbər gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən gəlmişdir. Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Ey Kitab əhli! Elçilərin ardı-arası kəsildiyi bir vaxtda, "Bizə müjdə verən və xəbərdarlıq edən bir kəs gəlmədi" deməyəsiniz deyə, sizə bəyan edən/açıq-aşkar meydana qoyan Elçimiz gəldi. Artıq həqiqətən müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər sizə gəlmişdir. Allah, hər şeyə ən çox gücü çatandır.