Əlixan Musayev:
Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir.
Bünyadov-Məmmədəliyev:
Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!
Elmir Quliyev
:
Смертельная агония явится с истиной. Вот то, чего ты избегал!
Ələddin Sultanov:
(Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir.
Kerbelayi Malik ağa:
Ölüm sərxoşluğu haqq ilə gəldi. Bax, sənin ondan qaçdığın şey budur.
Ələsgər Musayev:
Gəldi məstliyi ölümün haqq ilə: budur nə ki, sən ondan
əyilərək qaçırdın!
A.Mehdiyev və D.Cəfərli:
Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.
Kövsər Tağıyev:
Ölüm sərxoşluğu bir haqq olaraq insana gələr, ona: “Bax bu, sənin əvvəldən bəri qaçdığın şeydir”, – deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
ölüm nəşəsi haqq olaraq gəlir. Bu isə (ey insan), sənin qorxub qaçdığın şeydir.
Sabirə Dünyamalıyeva:
Ölümün sərxoşluğu həqiqətən, haqq olaraq gələcək; -Ey insan, bax bu, sənin həmişə qaçdığın şeydir.-