Əlixan Musayev:
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.
Bünyadov-Məmmədəliyev:
Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!
Elmir Quliyev
:
Дьявол одолел их и заставил их забыть о поминании Аллаха. Они являются партией дьявола. Воистину, партия дьявола — это потерпевшие убыток.
Ələddin Sultanov:
Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.
Kerbelayi Malik ağa:
Şeytan onlara hakim oldu. Beləcə Allahın zikrini onlara unutdurdu. Onlar şeytanın tərəfdarlarıdır. Şeytanın tərəfdarları həqiqətən hüsrana uğrayanlardır.
Ələsgər Musayev:
Şeytan onlara sahib olmuş və unutdurmuş
onlara yad edilməsini Allahın. Həmin onlar dəstəsidir şeytanın.
Ə, məgər yoxmu? Həqiqətən, dəstəsi şeytanın – onlar
xəsarətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır.
Kövsər Tağıyev:
Şeytan onları hakimiyyəti altına alıb, onlara Allahı zikr etməyi unutdurmuşdur. Onlar şeytanın tərəfində olanlardır. Yaxşı bilin ki, şeytanın tərəfində olanlar məhz ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Şeytan onları ələ almış və onlara Allahı zikr etməyi unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, şeytan firqəsi ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
Şeytan, onları istila etmişdi və onlara Allahı yada salmağı unutdurmuşdu. Onlar şeytanın firqəsidir. Gözünüzü açın! Məhz şeytanın firqəsi həqiqətən ziyana uğrayanlardır.