Həşr Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahı unudan, buna görə (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
Elmir Quliyev :
Не будьте подобны тем, которые забыли Аллаха, и Он заставил их забыть самих себя. Они нечестивцы.
Ələddin Sultanov:
Allahı unudan buna görə Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
Kerbelayi Malik ağa:
Allahı unudan kəslər kimi olmayın! Beləcə (Allah da) onlara öz nəfslərini unutdurdu. Məhz onlar fasiq olanlardır.
Ələsgər Musayev:
O kəslər kimi olmayın ki, Allahı unutdular O da onlara öz nəfslərini unutdurdu. Həmin onlar fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!
Kövsər Tağıyev:
Allahı unudan bu səbəblə Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın. Onlar məhz fasiqlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahı unudan, Allahın da özlərini özlərinə unutdurduğu kəslər kimi olmayın. Onlar yoldan çıxanlardır.
Sabirə Dünyamalıyeva:
Allahı yada salmayan kəslər kimi olmayın: Beləliklə Allah, onların özlərini özlərinin yadına salmaz. Bax onlar, məhz yoldan çıxmış kəslərdir.