Müzzəmmil Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (İbadət itaətlə Allaha yaxınlaşar!)
Elmir Quliyev :
Воистину, это Назидание, и всякий, кто пожелает, встанет на путь к своему Господу.
Ələddin Sultanov:
Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bu xatırlatmadır (öyüd-nəsihətdir). Artıq kim istərsə, Rəbbinə tərəf bir yol tutar.
Ələsgər Musayev:
Həqiqətən, bu, yad etmədir. Kim istəsə seçib götürər özü üçün Rəbbinə tərəf yolu.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, bu (ayələr) öyüd nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).
Kövsər Tağıyev:
Şübhəsiz, bunlar bir öyüddür. Kim istəsə, Rəbbinə aparan bir yol tutar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən bu, bir öyüd-nəsihətdir. Kim istərsə, öz Rəbbinə tərəf bir yol tutar.
Sabirə Dünyamalıyeva:
Həqiqətən burada deyilənlər, Quran öyüd vermək/sizi düşündürmək üçündür. Ona görə, kim istəsə, Rəbbinə tərəf bir yol tutar.