Əlixan Musayev:
Onların ətrafında həmişə gənc olan (xidmətçi )cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
Bünyadov-Məmmədəliyev:
Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
Elmir Quliyev
:
Их будут обходить вечно юные отроки. Взглянув на них, ты примешь их за рассыпанный жемчуг.
Ələddin Sultanov:
Onların ətrafında daim gənc qalan cavanlar dolanacaqlar. Onları gördüyün zaman səpələnmiş inci olduqlarını zənn edərsən.
Kerbelayi Malik ağa:
Həmişəcavan xidmətçilər onların ətrafında dolanarlar. Sən onları gördüyün zaman səpələnmiş incilər zənn edərsən.
Ələsgər Musayev:
Cavan oğlanlar xidmət üçün onların arasında
daimi dolanarlar. Onda ki, onları görərsən, hesab edərsən onları
parlaq mirvaridirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.
Kövsər Tağıyev:
Ətraflarında gördüyün zaman saçılmış incilər sanacağın həmişəlik gənc və gözəl qalacaq xidmətçilər dolanar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ətrafına həmişəcavan oğlanlar dolanarlar. Onları görsən, səpələnmiş mirvari olduqlarını sanarsan.
Sabirə Dünyamalıyeva:
Ora baxdıqda, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən;