Əlixan Musayev:
Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!
Elmir Quliyev
:
Неужели утоление жажды паломника и содержание Заповедной мечети вы приравниваете к деяниям тех, кто уверовал в Аллаха и в Последний день и сражался на Его пути? Они не равны перед Аллахом, и Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Təfsir kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz qılıb cihad etməsi ilə fəxr etmiş və hər biri özünün digərindən üstün olduğunu irəli sürmüşdü.)
Kerbelayi Malik ağa:
Siz həcc edənlərə su verilməsini, Məscidi Haramın abadlaşdırılmasını Allaha və yəvm'il axıra iman edən və Allah yolunda cihad edən kimsə ilə birmi tutursunuz? (Onlar) Allah dərgahında bir deyil. Allah zalım qövmü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ə, hacılara su verməyi və qadağan olunmuş məscidi təmir
etməyi o kəsin əməlinə oxşatdınız ki, inandı Allah ilə və günü
ilə axırın və Allah yolunda cihad etdi? Onlar Allah yanında
bərabər deyillər və Allah zalim qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
Kövsər Tağıyev:
Siz hacılara su paylamağı və Məscidi-Həramın baxımını və təmirini, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edən kimsə (lərin əməlləri) ilə bir tutdunuz? Bunlar Allah qatında eyni olmazlar. Allah zalım qövmü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudanmı siz həcc ziyarəti edənə su verilməsini və Məscidül- Həramın (ibadətlər üçün) abadlaşdırılmasını Allaha və axirət gününə inanan, Allah yolunda cihad edənin (əməlinə) tay tutursunuz? Bunlar Allahın yanında bərabər deyildirlər. Allah haqsız adamlara yol göstərməz!
Sabirə Dünyamalıyeva:
Siz, həcc edənin sularının tədarük edilməsini və Məscidülhəramın abadlaşdırılmasını, Allaha və axirət gününə iman edən və Allah yolunda səy göstərən kəslərlə bir tutursunuz? Bunlar, Allah yanında bərabər ola bilməzlər. Və Allah, şərik qoşaraq, küfr edərək səhv; öz zərərinə olan əməli işləyənlər tayfasına yol göstərməz.