Əlixan Musayev:
Haram ay haram aya görədir. Haram olanları (pozmağın) (cəzası) qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.
Bünyadov-Məmmədəliyev:
(Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqədə ayı) (döyüş)] haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin).Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.
Elmir Quliyev
:
Запретный месяц — за запретный месяц, а за нарушение запретов — возмездие. Если кто посягнул на вас, то и вы посягните на него, подобно тому, как он посягнул на вас. Бойтесь Аллаха и знайте, что Аллах — с богобоязненными.
Ələddin Sultanov:
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s.) dövründə müsəlmanlarla Məkkə müşrikləri arasında imzalanan Hüdeybiyyə müqaviləsinə və oradakı qarşılıqlı razılığa işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
Haram ay haram aya qarşılıqdır. Hörmətlər (yasaqlar) qarşılıqlıdır. O halda kim sizə hücum etsə, o zaman onun sizə hücum etdiyi qədər siz də ona hücum edin. Allaha qarşı təqva sahibi olun və Allahın təqva sahibləriylə bərabər olduğunu bilin!
Ələsgər Musayev:
Şəhrin haramı
şəhrin haramı ilə və hörmətlər qisasdır. Kim həddini aşarsa
üzərinizə sizin, həddinizi aşın üzərinə onun misli ilə, nə ki
həddi aşdı üzərinizə sizin. Və qorxun Allahdan və bilin ki,
həqiqətən Allah müttəqilərlədir!
A.Mehdiyev və D.Cəfərli:
Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır.
Kövsər Tağıyev:
Haram ay haram aya qarşılıqdır. Hörmətlər (ehtiram göstərilməsi lazım gələn şeylər) qisas qaydasına tabedir. O halda kim sizə hücum etsə, sizə hücum etdiyi kimi siz də ona hücum edin, (lakin həddi aşmayın). Allaha qarşı gəlməkdən çəkinin və bilin ki, Allah özünə qarşı gəlməkdən çəkinənlərlədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Haram (müqəddəs) ay haram ay ilədir. Hörmət qarışıqlı olar. Sizə düşmənçilik edənə qarşı siz də onun etdiyi düşmənçilik kimi düşmənçilik edin. Allahdan qorxun və bilin ki, həqiqətən Allah müttəqilərlədir !
Sabirə Dünyamalıyeva:
Toxunulmazlıq ayı, haram ay müqabilindədir. Və bütün toxunulmazlıqlar/əfv hökmləri bir-birinin müqabilindədir. Elə isə, kim sizə hücum edərsə, siz də ona eyni şəkildə hücum edin. Və Allahın mühafizəsi altına daxil olun. Və bilin ki, Allah Öz mühafizəsi altına daxil olan kəslərlədir.