Əlixan Musayev:
(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.
Bünyadov-Məmmədəliyev:
(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.
Elmir Quliyev
:
Делайте пожертвования на пути Аллаха и не обрекайте себя на гибель. И творите добро, ведь Аллах любит творящих добро.
Ələddin Sultanov:
Allah yolunda infaq edin! Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
Kerbelayi Malik ağa:
(Mallarınızı) Allah yolunda infaq edin (başqalarına verin)! Öz əlinizlə (özünüzü) təhlükəyə atmayın! Əhsən olun! Şübhəsiz ki, Allah muhsinləri sevər.
Ələsgər Musayev:
İnfaq edin yolunda
Allahın və atılmayın əlinizlə tərəfinə təhlükənin və ehsan edin!
Həqiqətən, Allah sevir ehsan edənləri.
A.Mehdiyev və D.Cəfərli:
(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.
Kövsər Tağıyev:
(Mallarınızı) Allah yolunda xərcləyin. Özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda xərc çəkin və öz əlinizlə özünüzü təhlükəyə salmayın. Xeyirxahlıq edin. Həqiqətən Allah xeyirxahları sevir.
Sabirə Dünyamalıyeva:
Və Allah yolunda malınızı xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin, özünüzü öz əllərinizlə təhlükəyə atmayın və yaxlı-gözəl əməl işləyin. Şübhəsiz ki, Allah, yaxşı-gözəl əməl işləyənləri sevər.