Ali-İmran Surəsi 195. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən istər kişi, istərsə qadın olsun, heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”.
Bünyadov-Məmmədəliyev:
Rəbbi onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”
Elmir Quliyev :
Господь их ответил им: не погублю деяния, совершенные любым из вас, будь то мужчина или женщина. Одни из вас произошли от других. А тем, которые переселились или были изгнаны из своих жилищ, были подвергнуты мучениям на Моем пути, сражались и были убиты, Я непременно прощу их злодеяния и введу их в Райские сады, в которых текут реки. Такой будет награда от Аллаха, а ведь у Аллаха наилучшая награда".
Ələddin Sultanov:
Rəbbi onların duasını qəbul etdi (və dedi:) “Kişi ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.
Kerbelayi Malik ağa:
O zaman Rəbləri onların dualarına cavab verdi. (Belə buyurdu): Sizdən kişi ya qadın (xeyir) əməl edənin əməlini Mən şübhəsiz zay etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, yurdlarından çıxarılanların, Mənim yolumda işgəncəyə uğrayanların, savaşanların, öldürülənlərin günahlarını mütləq örtəcəm onları mütləq altlarından çaylar axan cənnətlərə daxil edəcəm Allahın dərgahından bir mükafat olaraq. Allah Onun dərgahında mükafatların ən gözəlidir.
Ələsgər Musayev:
Cavab verdi onlara Rəbləri onların: «Həqiqətən, Mən zay etmərəm sizin əməlinizdən heç bir əməli, kişi ola, ya qadın. Bəziniz bəzinizdənsiniz. O kəslər ki, hicrət etdilər xaric olundular diyarlarından əziyyət çəkdilər Mənim yolumda döyüşdülər qətlə yetirildilər, Mən təmizlərəm onlardan pisliklərini daxil edərəm onları cənnətlərə cari olur altından onun nəhrlər, savabdır Allah yanından. Allah - yanındadır Onun yaxşı savab!»
A.Mehdiyev və D.Cəfərli:
Bel?likl?, R?bbi onlar?n dualar?n? q?bul etdi ki: «H?qiq?t?n M?n sizl?rd?n hec bir ?m?l sahibinin - ist?r kisi olsun ya qad?n ki, ham?n?z bir-birinizd?nsiniz v? bir-birinizl? bagl?s?n?z - ?m?lini zay etm?y?c?y?m. Odur ki, hicr?t ed?n, oz evl?rind?n qovulan, M?nim yolumda ?zab-?ziyy?t gor?n, doyus?n v? oldurul?n k?sl?rin pislikl?rini mutl?q t?mizl?y?c?k v? onlar? (evl?rinin v? agaclar?n?n) alt?ndan caylar axan c?nn?tl?r? daxil ed?c?y?m. (Bu,) Allah t?r?find?n bir mukafatd?r. Goz?l mukafat yaln?z Allah?n yan?ndad?r.»
Kövsər Tağıyev:
Rəbləri onlara bu cavabı verdi: “Mən istər kişi olsun, istər qadın sizdən heç bir çalışanın əməlini puç etməyəcəyəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlər, yurdlarından çıxarılanlar, yolumda əziyyətə qatlananlar, savaşanlar öldürülənlərin and olsun ki, günahlarını, əlbəttə, örtəcəyəm. Allah qatından bir mükafat olaraq onları içindən çaylar axan cənnətlərə qoyacağam. Ən gözəl mükafat Allah qatındandır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların Rəbbi onlara belə cavab verər "Mən sizlərdən görən heç bir kəsin əməyini itirmərəm, - bir kişinin, bir qadının. Axı siz bir-birinizdənsiniz. Hicrət etmiş, öz yurdlarından çıxarılmış, Mənim yolumda əziyyət çəkmiş, vuruşmuş öldürülmüş kəsləri pis işlərindən təmizləyəcək Allahdan bir savab olaraq, onları dibindən çaylar axan cənnət bağlarına daxil edəcəyəm. Ən yaxşı savab Allahın dərgahındadır."
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Rəbbi onlara cavab verdi: "Şübhəsiz ki, Mən, sizdən kişi olsun, qadın olsun -hamınız birsiniz- əməl işləyənin əməlini itirmərəm. O səbəblə, hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyət edilənlərin, döyüşənlərin öldürülənlərin pis əməllərini əlbəttə örtəcəyəm Allah tərəfindən bir savab olaraq, onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. savabın gözəli Allah yanındadır."