Əlixan Musayev:
Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!
Bünyadov-Məmmədəliyev:
Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!
Elmir Quliyev
:
Есть ли у них ноги, на которых они ходят? Или у них есть руки, которыми они хватают? Или у них есть глаза, которыми они видят? Или у них есть уши, которыми они слышат? Скажи: "Призовите этих сотоварищей, а затем ухитритесь против меня и не предоставляйте мне отсрочки.
Ələddin Sultanov:
Yoxsa onların (bütlərin) yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De: “Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin!
Kerbelayi Malik ağa:
Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yaxud onların əllərimi var, onunla tutsunlar? Yaxud onların gözlərimi var, onunla görsünlər? Yaxud onların qulaqlarımı var, onunla eşitsinlər? Söylə (onlara) şəriklərini çağırsınlar, sonra mənə qarşı hiylə qursunlar. Beləcə göz açdırmayın (fürsət, möhlət verməyin).
Ələsgər Musayev:
Ə, onların ayaqları var, onunla gedirlər, yoxsa onların əlləri var, onunla tuturlar, yoxsa onların gözləri var, onunla görürlər, yoxsa onların qulaqları var, onunla eşidirlər? De: «Çağırın şəriklərinizi, sonra mənə qarşı nə fəndiniz varsa əməl edin və mənə möhlət verməyin!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».
Kövsər Tağıyev:
Məgər onların yeriyəcək ayaqları var? Yaxud tutacaq əlləri var? Və ya görəcək gözləri ya da eşidəcək qulaqları var? De ki: “Çağırın ortaqlarınızı, sonra mənə tələ qurun, mənə göz açmağa imkan verməyin, görək!”
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onların gəzməyə ayaqları, ya tutmağa əlləri, ya görməyə gözləri, yaxud da eşitməyə qulaqları var? De: "Şərik qoşduqlarınızı çağırın, sonra isə mənə qarşı hiylə işlədin; heç mənə möhlət də verməyin!
Sabirə Dünyamalıyeva:
Məgər onların özləriylə birlikdə yeriyən ayaqları, tutan əlləri, görən gözləri ya da eşidən qulaqlarmı var? De ki: "Çağırın şəriklərinizi, sonra mənə hiylə qurun və mənə möhlət də verməyin.