Bəqərə Surəsi 198. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz.
Bünyadov-Məmmədəliyev:
(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!
Elmir Quliyev :
На вас нет греха, если вы ищете милость от своего Господа. А когда вы вернетесь с Арафата, поминайте Аллаха в Заповедном месте. Поминайте Его, поскольку Он наставил вас на прямой путь, хотя прежде вы были одними из заблудших.
Ələddin Sultanov:
(Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz.
Kerbelayi Malik ağa:
Rəbbinizdən fəzl istəməyiniz sizə günah deyil. Artıq Ərafatdan axın-axın gəldiyiniz zaman Məş'aril Haramın yanında Allahı zikr edin. Sizi hidayətə ərdirdiyi üçün siz Onu zikr edin. Siz ondan (hidayətdən) əvvəl, əlbəttə dəlalətdə qalanlardan idiniz.
Ələsgər Musayev:
Deyil üzərinizdə sizin günah ki, tələb edəsiniz fəzl Rəbbinizdən. Onda kitərpəndiniz ətrafdan, zikr edin Allahı yanında məşərilharamın. Zikr edin Onu, qədər hidayət etdi sizi əgər oldunuz ondan qabaq zəlillərdən!
A.Mehdiyev və D.Cəfərli:
(Həcc əsnasında) Rəbbinizdən mərhəmət ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məş’ərə tərəf) axışarkən Məş’ərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın əslində siz bundan əvvəl azğınlardan idiniz.
Kövsər Tağıyev:
(Həcc mövsümündə ticarətlə məşğul olaraq) Rəbbinizin lütf kərəmini istəməkdə sizə bir günah yoxdur. Ərəfatdan ayrılıb (sel kimi Müzdəlifəyə) axın etdiyiniz zaman Məş`əri-Haramda Allahı zikr edin. Onu, sizə göstərdiyi kimi zikr edin. Doğrusu, siz Onun yol göstərməsindən əvvəl yolunu itirmişlərdən idiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbinizdən bir fəzilət diləməyiniz heç sizin üçün günah deyildir. Ərəfatdan yollanarkən Məscidül-Həramda Allahı zikr edin ! Bundan əvvəl yolu azmışlardan olduğunuz halda sizi düz yola necə yönəltdiyini yada salın !
Sabirə Dünyamalıyeva:
Rəbbinizdən bir nemət istəməyiniz günah deyil. Ərəfatdan; təhsil qurumlarından çıxıb axın-axın gedərkən, Məşərülhəramda; toxunulmaz şüur qazanma mərkəzində dərhal Allahı yad edin. Onu, Onun sizə göstərdiyi kimi yad edin. siz bundan əvvəl həqiqətən azğınlardan idiniz.