Əraf Surəsi 198. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər.
Bünyadov-Məmmədəliyev:
Əgər siz onları (bütləri ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!
Elmir Quliyev :
Если ты призовешь их на прямой путь, они не услышат этого. Ты видишь, как они смотрят на тебя, но они ничего не видят.
Ələddin Sultanov:
Əgər onları (bütləri) doğru yola çağırsanız, eşitməzlər. Onların sənə baxdığını görərsən, halbuki onlar görmürlər.
Kerbelayi Malik ağa:
Onları əgər hidayətə (Allaha təslim olmağa) çağırsanız, eşitməzlər. Onların sənə baxdıqlarını görərsən onlar görməzlər.
Ələsgər Musayev:
Əgər sən onları hidayətə tərəf çağırırsan, onlar eşitmirlər. Sən görürsən ki, onlar sənə tərəf baxırlar onlar görmürlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
Kövsər Tağıyev:
Əgər onları doğru yola çağırsanız, eşitməzlər. Sən onların sənə baxdıqlarını görərsən, halbuki onlar görməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz onları doğru yola çağırsanız, onlar eşitməzlər; (Ey Məhəmrnəd), onların sənə baxdığını görürsən, əslində isə onlar görmürlər.
Sabirə Dünyamalıyeva:
Siz onları doğru yola səsləsəniz də, eşitməzlər. onları sənə baxan görürsən, halbuki onlar görməzlər."