Əlixan Musayev:
Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Затем отправляйтесь в путь оттуда, откуда отправляются остальные люди , и молите Аллаха о прощении. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Sonra insanların (sel kimi) axışıb gəldiyi yerdən siz də gəlin və Allahdan bağışlanmanızı diləyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Sonra insanların axışıb gəldikləri yerdən axın-axın gəlin və Allahdan məğfirət diləyin. Şübhəsiz ki, Allah Ğafurdur (məğfirət edəndir), Rəhimdir.
Ələsgər Musayev:
Sonra tərpənin
haradan tərpəndi insanlar və bağışlanmaq istəyin Allahdan
Həqiqətən Allah Ğəfurdur Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məş’ər çölündən Minaya tərəf) yollanın. Və Allahdan bağışlanmaq diləyin ki, Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Sonra insanların axın etdiyi yerdən siz də axın edin və Allahdan bağışlanma diləyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə adamların axışıb gəldiyi yerdən keçərkən Allahdan bağışlanmanızı istəyin. Axı Allah bağışlayandır, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
Sonra da insanların axın-axın gəldiyi yerdən siz də gəlin və Allahdan bağışlanmaq diləyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.