Əlixan Musayev:
Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.
Elmir Quliyev
:
Воистину, среди людей Писания есть такие, которые веруют в Аллаха и в то, что было ниспослано вам и что было ниспослано им, будучи смиренными перед Аллахом и не продавая знамения Аллаха за ничтожную цену. Их награда ожидает их у их Господа. Воистину, Аллах скор в расчете.
Ələddin Sultanov:
Həqiqətən, kitab əhlindən elələri də var ki, həm Allaha, həm də sizə və özlərinə nazil olana Allaha boyun əyərək iman gətirər və Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allahın haqq-hesaba çəkməsi çox sürətlidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, kitab əhlindən elə kəslər var ki, Allaha, sizə endirilənə və özlərinə endirilənə mütləq iman edərlər. Allaha qarşı huşu duyarlar. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin dərgahındadır. Şübhəsiz ki, Allah hesabı tez görəndir.
Ələsgər Musayev:
Həqiqətən, əhli kitabdan var o kəslər ki, inanırlar Allah
ilə və nə ki, nazil olub sizə və nə ki, nazil olub özlərinə,
çəkinərək Allah üçün, alver etmirlər ayətləri ilə Allahın az
qiymətə. Həmin onlar üçün əcrləri var Rəblərinin yanında.
Həqiqətən, Allah sürətlidir hesabda!
A.Mehdiyev və D.Cəfərli:
?lb?tt?, kitab ?hlind?n Allah qars?s?nda t?vazokarl?qla Allah?n ay?l?ri(ni t?hrif etm?k) il? azac?q bir qazanc ?ld? etm?d?n Allaha, siz? nazil olana (Qur’ana) v? onlara nazil olana (kecmis s?ma kitablar?na) iman g?tir?n k?sl?r vard?r. Onlar?n oz R?bbi yan?nda m?qamlar?na uygun mukafatlar? vard?r. Subh?siz, Allah tez hesab c?k?ndir (hesab bax?m?ndan hec k?sin mukafat?n? gecikdirmir).
Kövsər Tağıyev:
Kitab əhlindən elələri var ki, Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha dərindən ehtiram duyaraq inanırlar. Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbləri qatında mükafatları var. Şübhəsiz, Allah çox tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Kitab əhlindən elələri də var ki, onlar Allaha iman gətirərək Ona itaət edir, sizə və özlərinə nazil olunmuş şeylərə inanırlar. Onlar Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi dərgahında mükafatları vardır. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Kitab əhlindən Allaha inananlar, sizə nazil edilənə və özlərinə nazil edilənə -Allaha səmimiyyətlə ehtiram göstərənlər olaraq- inananlar da var. Onlar Allahın ayələrini ucuz bir qiymətə dəyişməz. Bax onların [əməllərinin] əvəzi Rəbbi yanındadır. Şübhəsiz ki, Allah, tez haqq-hesab çəkəndir.