Yunus Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İçərilərindən bir adama: “İnsanları qorxut iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” dedilər.
Elmir Quliyev :
Неужели люди удивлены тем, что Мы внушили человеку из их среды предостеречь людей и обрадовать уверовавших вестью о том, что они получат от их Господа воздаяние за свои благодеяния? Неверующие сказали: "Безусловно, это явный колдун".
Ələddin Sultanov:
Onlardan birinə: “İnsanları xəbərdar et iman gətirənləri müjdələ ki, onlar üçün Rəbbi yanında bir doğruluq məqamı vardır”, - deyə vəhy etməyimiz insanlara təəccüblümü gəldi?! Kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır”, - dedilər.
Kerbelayi Malik ağa:
Onlardan bir adama 'insanları xəbərdar etməsi, amənu olanları (Allaha təslim olmağı diləyənləri) müjdələməsi' üçün vəhy etməyimiz insanlara təəccüblümü gəldi? Şübhəsiz ki, onlar üçün Rəblərinin dərgahında siddiqlər məqamı vardır. Kafirlər belə dedilər: 'Şübhəsiz ki, bu mütləq açıq-aşkar bir sehrbazdır.'
Ələsgər Musayev:
Ə, insanlar üçün təəccüblü oldu ki, Biz vəhy edirik onlardan bir kişiyə ki: «Qorxut insanları bəşarət ver inananlara ki, Rəbləri yanında doğru dərəcələri var!»? Kafirlər dedilər: «Həqiqətən, bu, aşkar sehrkardır!»
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa insanlara (mələklərdən cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk fisqdən) qorxut iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da bu (kişi) aşkar bir sehrbazdır».
Kövsər Tağıyev:
Aralarından bir adama: “İnsanları xəbərdar et iman edənlərə Rəblərinin qatında özləri üçün bir doğruluq məqamı olduğunu müjdələ”, deyə vəhy etməyimiz insanlara təəccüblümü gəldi ki, o kafirlər: “Bu, şübhəsiz, açıq-aşkar bir sehrbazdır”, dedilər?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər insanlar üçün təəccüblü idimi ki, Biz onların içərisindən bir nəfərə: "İnsanlara xəbərdarlıq et iman gətirənlərə müjdə ver ki, onların öz Rəbbi qarşısında yüksək mövqeləri vardır" - deyə vəhy etdik? Kafirlər isə: “Əlbəttə bu, açıq-aşkar sehrbazdır." - dedilər.
Sabirə Dünyamalıyeva:
İnsanlara xəbərdarlıq edəsən inananlara Rəbbi nəzdində həqiqətən "qədəmə sidq [xoş gəlişlər, xoşbəxt həyatlar]"[#197] olduğunu müjdələyəsən deyə, onların öz arasından yetkin bir adama vəhy etməyimiz onlara qəribəmi gəldi? Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər], "Heç şübhəsiz bu elçi/bu kitab, şübhəsiz, açıq-aydın sehrli sözlər söyləyən bir alimdir/[adamları] öz təsiri altına salıb aldadan məlumatlardır" dedilər.