Əlixan Musayev:
Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
Elmir Quliyev
:
Неверующие непременно пожелают оказаться мусульманами.
Ələddin Sultanov:
Vaxt gələcək ki, (axirətdə) kafirlər: “Kaş biz də müsəlman olaydıq!” - deyə arzulayacaqlar.
Kerbelayi Malik ağa:
Kafirlər mütləq ‘Kaş ki müsəlman (təslim olanlar) olsaydıq.’ deyə arzulayacaqlar.
Ələsgər Musayev:
Ola ki, o kəslər
ki, kafirdirlər, istərdilər olsunlar təslim olanlar!
A.Mehdiyev və D.Cəfərli:
Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
Kövsər Tağıyev:
İnkar edənlər: “Kaş ki, müsəlman olaydıq”, – deyə çox arzu edəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəlkə də kafirlər (qiyamət günü) istəyəcəklər ki, kaş müsəlman olaydılar.
Sabirə Dünyamalıyeva:
Zaman-zaman kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] "Kaş ki, müsəlman olsaydıq!" istəyində olacaqlar.