Əlixan Musayev:
(Allah, )Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi.)
Bünyadov-Məmmədəliyev:
(Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi.
Elmir Quliyev
:
и сделал его правильным, чтобы предостеречь неверующих от тяжких мучений от Него и сообщить верующим, совершающим праведные деяния, благую весть о том, что им уготована прекрасная награда,
Ələddin Sultanov:
O, (Quranı) Öz tərəfindən göndəriləcək şiddətli bir əzaba qarşı (insanları) xəbərdar etmək və yaxşı işlər görən möminləri gözəl bir mükafat ilə müjdələmək üçün doğru bir kitab olaraq nazil etdi.
Kerbelayi Malik ağa:
(Qurani Kərimi) qəyyum olaraq dərgahından şiddətli əzabla xəbərdar etmək və saleh əməl (nəfsi islahedici əməl) işləyən möminlərə ən gözəl mükafatın onların olduğunu müjdələmək üçün (nazil etdi).
Ələsgər Musayev:
Qalxaraq nəzərə çatdırması üçün
şiddətli basqını yanından Onun və bəşarət versin inananlara – o
kəslərə ki, əməli salehdirlər, onlar üçündür yaxşı əcr
A.Mehdiyev və D.Cəfərli:
(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).
Kövsər Tağıyev:
(Allah onu) öz qatından gələcək şiddətli bir əzab ilə (inanmayanları) xəbərdar etmək, saleh işlər görən möminləri
M.Qənioğlu və T.Bilaloğlu:
onu mötəbər (etmişdir) ki, Biz tərəfdən olan şiddətli cəza barəsində xəbərdar etsin, əməlisaleh möminlərə müjdə versin ki, onlar üçün yaxşı bir mükafat [cənnət] vardır,
Sabirə Dünyamalıyeva:
Öz dərgahından şiddətli əzab barəsində xəbərdarlıq etmək,