Əlixan Musayev:
Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar,
Bünyadov-Məmmədəliyev:
Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
Elmir Quliyev
:
Когда бы ни приходило к ним новое назидание от их Господа, они выслушивали его, забавляясь.
Ələddin Sultanov:
Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istehza ilə qulaq asarlar.
Kerbelayi Malik ağa:
Rəbbindən elə bir yeni zikr gəlməz ki, onu, ancaq istehza edərək dinləməsinlər.
Ələsgər Musayev:
Onlara Rəblərindən olan zikrdən elə bir yeni
hədis gəlmir ki, eşitməyələr onu və onlar oyuna məşğuldurlar.
A.Mehdiyev və D.Cəfərli:
Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Qur’an və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).
Kövsər Tağıyev:
Rəblərindən onlara elə bir yeni öyüd (bir xəbərdarlıq) gəlməz ki, onlar onu məsxərəyə qoyaraq, qəlbləri də qəflətdə olaraq dinləməsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara öz Rəbbindən elə bir yeni xəbərdarlıq, öyüd-nəsihət gəlmir ki, onu məsxərəyə qoya-qoya dinləməsinlər
Sabirə Dünyamalıyeva:
Rəbblərindən onlara gələn hər yeni öyüdü/xatırlatmanı ancaq oyun kimi qəbul edərək, əylənərək dinləyirlər.