Əlixan Musayev:
Onu görəcəyiniz gün hər bir əmzikli (körpəsi olan) qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir.
Bünyadov-Məmmədəliyev:
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
Elmir Quliyev
:
В тот день, когда вы увидите его, каждая кормящая мать забудет того, кого она кормила, а каждая беременная женщина выкинет свой плод. Ты увидишь людей пьяными, но они не будут пьяны, зато мучения от Аллаха будут тяжки.
Ələddin Sultanov:
Onu gördüyün gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir.
Kerbelayi Malik ağa:
Onu (qiyaməti) gördüyünüz gün əmizdirən qadınların hamısı əmizdirdiyini unudar. Yük daşıyan (hamilə) qadınların hamısı daşıdığı yükü (bətnindəkini) salar. İnsanları sərxoş olmadıqları halda sərxoş görərsən. Lakin Allahın əzabı çox şiddətlidir.
Ələsgər Musayev:
O gün ki, onu görərsiniz, külli süd verən arvad yaddan
çıxardar onu ki, kimə süd verirdi və külli hamilə arvad öz
yükünü yerə qoyar. İnsanları məst görərsən və onlar məst
deyillər və lakin Allahın əzabı şiddətlidir!
A.Mehdiyev və D.Cəfərli:
Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.
Kövsər Tağıyev:
Onu görəcəyiniz gün hər əmzikli qadın əmizdirdiyi uşağını unudar və hər hamilə qadın da qarnındakı uşağı düşürər. İnsanları sərxoş görərsən, habuki onlar sərxoş deyillər. Lakin Allahın əzabı çox şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü siz onu [zəlzələni] görəndə hər süd verən (ana) əmizdirdiyini [balasını] unudacaq, hər hamilə (qadın) boynundakını salacaq, insanlar sərxoş olmadıqları halda onları (qorxudan) sərxoş kimi görəcəksən. Lakin bütün bunlar Allahın şiddətli əzabındandır!
Sabirə Dünyamalıyeva:
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyindən əl çəkər. Və hər hamilə qadın yükünü yerə qoyar. Və sən, insanları sərxoş olmadıqları halda sərxoş görərsən. Lakin Allahın əzabı çox şiddətlidir.