Nur Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zinakar qadının zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.
Bünyadov-Məmmədəliyev:
Zinakar kişiyə zinakar qadına yüz çubuq vurun. Allaha axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın möminlərdən bir dəstə onların əzabına şahid olsun. (Bu, subay kişiyə ərsiz qadına aiddir. Evli kişi qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).
Elmir Quliyev :
Прелюбодейку и прелюбодея каждого из них высеките сто раз. Пусть не овладевает вами жалость к ним ради религии Аллаха, если вы веруете в Аллаха и в Последний день. А свидетелями их наказания пусть будет группа верующих.
Ələddin Sultanov:
Zina edən qadın zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun!
Kerbelayi Malik ağa:
Zinakar qadın zinakar kişinin hər birinə yüz şallaq vurun. Əgər Allahın dinini tətbiq etmək barədə Allaha axirət gününə inanırsınızsa, onlara olan mərhəmət hissi sizə mane olmasın. Onların ikisinin əzabına möminlərdən bir qrup şahid olsun.
Ələsgər Musayev:
Zinakar qadına zinakar kişiyə külli hər birinə onlardan yüz zərbə vurun. Qoy onlara Allahın dinində rəhminiz gəlməsin, əgər inanırsınız Allah ilə günü ilə axırın! gərək şahid olsun onların əzabına bir tayfa inananlardan!
A.Mehdiyev və D.Cəfərli:
(Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar zina icbari zina yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.) Əgər Allaha axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət ürəyiyumşaqlığa düçar olasınız! gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun.
Kövsər Tağıyev:
Zina edən qadın zina edən kişidən hər birinə yüz çubuq vurun. Allaha axirət gününə inanırsınızsa, Allahın dini (nin qoyduğu hökmü tətbiq etmək) barəsində onlara qarşı ürəyiyumşaq olmayın. Möminlərdən bir dəstə onların cəzalandırılmasına şahid olsun.
M.Qənioğlu və T.Bilaloğlu:
Zinakar qadının zinakar kişinin hər birinə (çubuqla) yüz zərbə vurun. Əgər siz Allaha axirət gününə inanırsınızsa, Allahın dinindəki (bu hökmə görə) onlara yazığınız gəlməsin. Qoy bəzi möminlər onlara necə cəza verildiyinin şahidi olsunlar.
Sabirə Dünyamalıyeva:
Zina edən qadın zina edən kişi, dərhal hər birini yüz qamçı ilə qamçılayın, Allaha axirət gününə inanırsınızsa, Allahın dinində sizi, onlara qarşı mərhəmət hissi [bu işdən] saxlamasın! möminlərdən bir dəstə onların cəzalandırılmasına şahid olsun.