Furqan Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərin yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir səltənətində şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş onlara münasib bir biçim vermişdir.
Bünyadov-Məmmədəliyev:
O Allah ki, göylərin yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış onu (onun cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
Elmir Quliyev :
Ему принадлежит власть над небесами и землей. Он не взял Себе сына и ни с кем не делил власть. Он сотворил всякую вещь и придал ей соразмерную меру (или предопределил ее).
Ələddin Sultanov:
O Allah ki, göylərin yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış onlara müəyyən ölçü nizam vermişdir.
Kerbelayi Malik ağa:
O (Allah) ki, göylərin yer üzünün mülkü Onundur. O, özünə övlad götürməmişdir. Mülkdə Onun şəriki olmamışdır. Hər şeyi O, yaratdı sonra da onların qədərini təqdir etdi.
Ələsgər Musayev:
Odur ki, Onun üçündür mülkü səmaların ərzin. Götürmədi Özünə övlad olmadı Onun üçün şərik mülkündə xəlq etdi külli şeyi qədərində etdi onu təqdirnən.
A.Mehdiyev və D.Cəfərli:
O Allah ki, göylərin yerin mülkiyyət hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir.
Kövsər Tağıyev:
Göylərin yer üzünün mülkü (hökmranlığı) Ona aiddir. Övlad götürməmişdir. Mülkündə heç bir ortağı da yoxdur. O, hər şeyi yaratmış yaratdığı o şeyləri bir ölçüyə görə təqdir buyurmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
O, o kəsdir ki, göylərin yerin mülkü Ona məxsusdur. O, Özünə bir övlad götürməmişdir mülkdə heç kim Ona şərik olmamışdır. O, hər şeyi yaradıb onun üçün lazımi nizam müəyyən etmişdir.
Sabirə Dünyamalıyeva:
Furqanı nazil edən, göylərin yerin hökmranlığı Özünə məxsus olan, heç bir övlad götürməyən, hökmranlıqda ortağı olmayan hər şeyi əmələ gətirib sonra da bir ölçüyə görə nizamlayandır.