Əlixan Musayev:
İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə (Allah) günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).
Elmir Quliyev
:
Он простил грехи и исправил положение тех, которые уверовали, совершали праведные деяния и уверовали в истину, ниспосланную Мухаммаду от их Господа.
Ələddin Sultanov:
Allah iman gətirən, yaxşı əməllər edən və Rəbbindən Mühəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
Kerbelayi Malik ağa:
Amənu olan və saleh əməl (nəfsi islahedici əməl) işləyənlərin və Hz. Məhəmmədə nazil etdiyimizə (Qurani Kərimə) və Onun Rəblərindən bir haqq olduğuna inananların günahlarını (Allah) örtdü və onların əhvalını yaxşılaşdırdı.
Ələsgər Musayev:
Və o kəslər ki, inanırlar və əməli salehdirlər və
inandılar, nə ilə ki, nazildir üzərinə Muhəmmədin və o haqdır
Rəblərindən onların, O örtər üstünü pis günahlarının və islah
edər onları.
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.
Kövsər Tağıyev:
Göylərdə və yerdə ucalıq Ona aiddir. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirib əməlisaleh olan və Rəbbindən haqq olaraq Məhəmmədə nazil edilənə inananların pis əməllərinin günahlarını üstlərindən götürər və onların vəziyyətini düzəldər.
Sabirə Dünyamalıyeva:
Və iman edən, yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən və Rəbbi tərəfindən haqq olaraq Məhəmmədə nazil edilənə inanan kəslər [ki var]; Allah onların pisliklərini örtdü və vəziyyətlərini yaxşılaşdırdı.