Əlixan Musayev:
Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin
Bünyadov-Məmmədəliyev:
Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!
Elmir Quliyev
:
чтобы Аллах простил тебе грехи, которые были прежде и которые будут впоследствии, чтобы Он довел до конца Свою милость к тебе и провел тебя прямым путем
Ələddin Sultanov:
Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin
Kerbelayi Malik ağa:
Allah sənin keçmiş və gələcək günahlarını məğfirət etsin və sənə olan nemətini tamamlasın və səni Sirati Müstəqimə hidayət etsin deyə.
Ələsgər Musayev:
bağışlaması üçün Allah səni
qədim günahlarından və nə ki, axırdakıları və tamam etsin
nemətini sənin üzərinə və hidayət etsin səni yolun düzünə
A.Mehdiyev və D.Cəfərli:
ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın (kafirlərin onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları «Allah» kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini mərhəmətini şamil etməklə bağışlasın,) sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin
Kövsər Tağıyev:
(Ki,) Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin
M.Qənioğlu və T.Bilaloğlu:
ki, Allah sənin əvvəlki və sonrakı ünahlarını sənə bağışlasın, sənə etdiyi axşılığını tamamlasın, səni düz yola salsın
Sabirə Dünyamalıyeva:
[bununla] Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin