Mümtahinə Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri dilləri ilə sizə pislik edər sizin kafir olmanızı istəyərlər.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl dil uzadar, sizin kafir olmanızı istəyərlər.
Elmir Quliyev :
Если они случайно встретятся с вами, то они окажутся вашими врагами, будут вредить вам своими руками и языками и захотят, чтобы вы стали неверующими.
Ələddin Sultanov:
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər.
Kerbelayi Malik ağa:
Əgər sizi ələ keçirsələr, onlar sizə düşmən olarlar. Sizə pisliklə əllərini dillərini uzadarlar. Sizin inkar etməyinizi istəyərlər.
Ələsgər Musayev:
Əgər onlar sizi görsələr, onda sizə düşmən olarlar. Əllərini dillərini sizə pisliklə açarlar istəyərlər ki, siz kafir olasınız.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər sizə pisliklə əllərini dillərini uzadar həmişə istərlər ki, siz kafir olasınız.
Kövsər Tağıyev:
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olarlar, sizə əllərini dillərini pisliklə uzadarlar inkar etməyinizi arzu edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar sizi ələ keçirsələr sizə düşmən kəsilərlər, əllərini dillərini sizə bədxahlıq etmək üçün uzadarlar. Onlar sizin kafir olmanızı istərlər.
Sabirə Dünyamalıyeva:
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olacaqlar, sizə pisliklə əl dil uzadacaqlar. onlar, "Kaş ki, küfr işləsəniz [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsəniz/inanmasanız" deyə arzu edirlər.