Mutəffifin Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslərin ki, camaatdan (bir şey) aldıqda (onu) tam almaq istəyərlər,
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
Elmir Quliyev :
которые требуют дать им сполна, когда люди отмеривают им,
Ələddin Sultanov:
Onlar insanlardan bir şey satın aldıqları zaman tam ölçər,
Kerbelayi Malik ağa:
Onlar insanlardan satın aldıqları zaman tam ölçərlər.
Ələsgər Musayev:
o kəslər onda ki, üzərində insanların alırlar bütöv
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,
Kövsər Tağıyev:
Onlar insanlardan (bir şey) ölçüb aldıqları zaman tam ölçərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
özləri üçün ölçüb (götürəndə) tam götürən
Sabirə Dünyamalıyeva:
başqalarından bir şey aldıqda tam ölçən,