Yunus Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən sizinlə birlikdə gözləyənlərdənəm”.
Bünyadov-Məmmədəliyev:
Müşriklər: “Barı, Peyğəmbərə (bizə dediklərinizin doğru olduğunu bilməyimiz üçün) Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” deyirlər. Onlara belə cavab ver: “Qeyb (aləmi) ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu, mən sizinlə birlikdə gözləyləyənlərdənəm!”
Elmir Quliyev :
Неверующие говорят: "Почему ему не ниспослано знамение от его Господа?" Скажи: "Сокровенное принадлежит одному Аллаху. Ждите, и я подожду вместе с вами".
Ələddin Sultanov:
Onlar: “Ona (Mühəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə gözləyin! Şübhəsiz, mən sizinlə birlikdə gözləyirəm”.
Kerbelayi Malik ağa:
‘Rəbbindən ona bir ayə (möcüzə, dəlil) endirilsə, olmazdımı?’ deyərlər. O zaman de ki: ‘Qeyb yalnız Allahındır (Allaha məxsusdur). Artıq gözləyin. Mən sizinlə birlikdə gözləyənlərdənəm.’
Ələsgər Musayev:
Deyirlər: «Məgər nazil olmalı deyilmi onun üzərinə Rəbbindən ayət?!» De: «Həqiqətən, qeyb Allah üçündür. Gözləyin, mən sizinlə gözləyənlərdənəm!»
A.Mehdiyev və D.Cəfərli:
«nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: «Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə nazil etdi). Buna görə də, gözləyin ki, mən mütləq sizinlə birgə gözləyənlərdənəm».
Kövsər Tağıyev:
“Barı ona (peyğəmbərə) Rəbbindən bir möcüzə endirilsin”, deyirlər. De ki: “Qeyb ancaq Allahındır. Gözləyin, şübhəsiz, mən sizinlə birlikdə gözləyənlərdənəm!”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyirlər: "Barı ona öz Rəbbindən bir ayə nazil olaydı!" Onda sən de: "Qeyb ancaq Allaha məxsusdur. Gözləyin, mən sizinlə birlikdə gözləyrəm!"
Sabirə Dünyamalıyeva:
onlar, "Niyə ona Rəbbindən bir işarət/nişanə nazil olmayıb?" deyirlər. "Görülməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilmək həqiqətən Allaha məxsusdur. Haydı, gözləyin. Şübhəsiz ki, mən sizinlə birlikdə gözləyənlərdənəm" de!