Əlixan Musayev:
Onlar yer üzündə (Allahdan) yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar (haqqı) eşidə bilmirdilər və görmürdülər.
Bünyadov-Məmmədəliyev:
Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!
Elmir Quliyev
:
Они не смогут спастись на земле, и не будет у них покровителей и помощников вместо Аллаха. Их мучения будут приумножены, ведь они не могли слышать и не видели.
Ələddin Sultanov:
Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Onların Allahdan başqa (yardım istəyəcəkləri) dostları da yoxdur. Onlara ikiqat əzab veriləcəkdir. Onlar (haqqı) eşidə bilmir və görmürdülər.
Kerbelayi Malik ağa:
Onlar yer üzündə (Allahı) aciz buraxacaq deyildirlər. Onların Allahdan başqa dostları olmadı. Onların əzabı qat-qat artırılar. Onlar eşitməyə güc çatdıra bilmədilər və görə bilmədilər (səmi və bəsər xassələri çalışmadı).
Ələsgər Musayev:
Həmin onlar ərzdə aciz edə bilməzlər və olmadı onlar
üçün Allahdan başqa dost. Ikiqat əzab onlar üçündür. Onlar
eşitməyə və görməyə qadir olmadılar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərinin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.
Kövsər Tağıyev:
Onlar yer üzündə (Allahı) aciz buraxan deyillər. Onların Allahdan başqa sığına biləcəkləri bir yardımçıları da yoxdur. Onlar üçün əzab qat-qat artırılacaq. Çünki onlar (həqiqətləri) eşitməyə dözə bilmir, həm də görmürdülər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yer üzündə (Allaha) mane olmaq qüdrətində deyildirlər və onların Allahdan başqa himayəçiləri yoxdur. Onların əzabı qat-qat veriləcəkdir. Onlar (bu dünyada haqqı) nə eşidə, nə də görə bilirdilər.
Sabirə Dünyamalıyeva:
Bax onlar yer üzündə aciz qoya bilənlər deyil. Allahın altındakılardan onları qoruyan, yol göstərən, kömək edən yaxınları yoxdur. Onlar üçün əzab qat-qat artırılacaqdır. Onlar vəhyi eşitməyə dözümləri yox idi və görmürdülər.