Əlixan Musayev:
Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
Bünyadov-Məmmədəliyev:
Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir).
Elmir Quliyev
:
Мы предоставили на земле пропитание вам и тем, кого вы не кормите.
Ələddin Sultanov:
Orada həm sizin üçün, həm də ruzisi sizə aid olmayanlar üçün dolanacaq vasitələri yaratdıq.
Kerbelayi Malik ağa:
Orada həm sizin üçün həm də sizin ruzi vermədiyiniz kimsələr üçün məişət vasitələri yaratdıq.
Ələsgər Musayev:
Etdik sizin üçün orada məişət və o kəslər üçün
ki, siz onlara ruzi verən deyilsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Və orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.
Kövsər Tağıyev:
Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq yaratdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz orada sizin üçün və sizin ruzi verə bilmədiyiniz kəslər üçün güzəran vasitələri yaratdıq.
Sabirə Dünyamalıyeva:
Və yer üzündə sizin üçün və sizin ruzi vermədiyiniz kəslər üçün dolanışıq yollarını yaratdıq/Və yer üzündə sizin üçün müəyyən dolanışıq yolları və sizin ruzi vermədiyiniz kəslər yaratdıq.