İsra Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hamıya onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir.
Bünyadov-Məmmədəliyev:
Onların bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (istər dünyada, istərsə axirətdə heç kəsə) qadağan deyildir.
Elmir Quliyev :
Каждого из тех и других Мы наделяем дарами твоего Господа, и дары Его не являются запрещенными.
Ələddin Sultanov:
Hamısına - onlara da, bunlara da (dünyanı istəyənlərə də, axirəti istəyənlərə də) Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (heç kimə) qadağan deyildir.
Kerbelayi Malik ağa:
Bunları hər kəsə (dünyanı istəyənə axirəti istəyənə də) verərik. Bunlar, Rəbbinin əta (ehsan) etdiklərindəndir. Rəbbinin ətaları (ehsanları) heç kəsə qadağan məhdud deyil.
Ələsgər Musayev:
Biz Küllisinə imdad edirik bunlara onlara Rəbbinin ətayəsindən Rəbbinin ətayəsi qorunub saxlanılan olmadı.
A.Mehdiyev və D.Cəfərli:
Bunların onların (axirət dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi maddi nemətlər mömin ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).
Kövsər Tağıyev:
Rəbbinin lütfündən hər birinə onlara da, bunlara da verərik. Rəbbinin lütfü (heç kimə) qadağan deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Hamı üçün - bunlar üçün də, onlar üçün də, - sənin Rəbbinin töhfəsindən pay veririk. Sənin Rəbbinin töhfəsi heç kimə qadağan deyildir.
Sabirə Dünyamalıyeva:
Hamısına; dünyanı istəyənlərə axirəti istəyənlərə Rəbbinin lütflərindən verərik. Rəbbinin lütfkarlığı məhdud deyil.