Nur Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allahın sizə lütfü mərhəməti olmasaydı, Allah Şəfqətli Rəhmli olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi).
Bünyadov-Məmmədəliyev:
Əgər Allahın sizə neməti mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).
Elmir Quliyev :
Если бы не милосердие и милость Аллаха к вам и если бы Аллах не был Сострадательным и Милосердным, то грешников постигло бы скорое наказание.
Ələddin Sultanov:
Allahın sizə lütfü mərhəməti olmasaydı (halınız necə olardı)? Şübhəsiz ki, Allah şəfqətlidir, rəhmlidir.
Kerbelayi Malik ağa:
Əgər Allahın rəhməti fəzli sizin üzərinizə olmasaydı (sizə əzab edərdi). Şübhəsiz ki, Allah Raufdur (çox mərhəmətli, çox şəfqətlidir) Rəhimdir.
Ələsgər Musayev:
Əgər olmasaydı fəzli Allahın üzərinizdə rəhməti Onun… Həqiqətən, Allah Raufdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allahın sizə lütf mərhəməti olmasaydı Allah şəfqətli mehriban olmasaydı (bu günahın cəzası sizi haqlayardı).
Kövsər Tağıyev:
Allahın sizə qarşı lütfü mərhəməti olmasaydı Allah çox şəfqətli çox mərhəmətli olmasaydı, halınız necə olardı?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sizə Allahın lütfü mərhəməti olmasaydı, Allah şəfqətli rəhmli olmasaydı, (onda işiniz necə olardı?)
Sabirə Dünyamalıyeva:
sizin üstünüzdə Allahın lütfü mərhəməti [olmasaydı] həqiqətən Allah çox şəfqətli çox mərhəmətli olmasaydı...