Furqan Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbr edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbrli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri onlardan qorxanları) görəndir!
Elmir Quliyev :
Мы не ниспосылали до тебя посланников, которые не принимали бы пищи и не ходили бы по рынкам. Мы сделали одних из вас искушением для других: проявите ли вы терпение? Твой Господь Видящий.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər heç şübhəsiz, yemək yeyir bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
Kerbelayi Malik ağa:
Səndən əvvəl həqiqətən yemək yeyən bazarlarda gəzən rəsullardan başqa (fərqli bir) rəsul göndərmədik. Sizin bir qisminiz digər qisminizə səbir edəcəksinizmi deyə imtahan vasitəsi etdik. Rəbbin ən yaxşı görəndir.
Ələsgər Musayev:
Biz göndərmədik səndən qabaq mürsəllərdən, ancaq ki, təam yeməsinlər bazarlarda gəzməsinlər. Etdik sizdən bəzilərini bəzilərinə sınaq vasitəsi. Ə, səbr edəcəksinizmi? Oldu sənin Rəbbin Bəsir!
A.Mehdiyev və D.Cəfərli:
Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər ümmət, ağıllı nadan, varlı yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
Kövsər Tağıyev:
Səndən əvvəl göndərdiyimiz bütün peyğəmbərlər şübhəsiz, yemək yeyər, bazarlarda gəzib dolaşardılar. (Ey insanlar!) Sizi bir-biriniz üçün sınaq vasitəsi etdik. (Görək) səbir edəcəksinizmi? Rəbbin haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl ancaq yemək yeyən bazarlarda gəzib dolaşan peyğəmbərlər göndərmişdik. Biz sizi bir-biriniz üçün (varlılıqda yoxsulluqda, sağlamlıqda xəstəlikdə) sınaq etdik ki, görək dözəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
Sabirə Dünyamalıyeva:
Biz, səndən əvvəl şübhəsiz yemək yeyən, bazarlarda gəzib dolaşan elçilərdən göndərmişdik. Biz sizin bir qisminizi digər bir qisminizin təmizlənməsi üçün sınaq vasitəsi etdik. -Səbr edəcəksinizmi!- sənin Rəbbin çox yaxşı görəndir.