Əlixan Musayev:
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!”
Bünyadov-Məmmədəliyev:
(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”
Elmir Quliyev
:
С окраины города второпях пришел мужчина и сказал: "О Муса (Моисей)! Знать договаривается о том, чтобы убить тебя. Уходи! Воистину, я даю тебе добрый совет".
Ələddin Sultanov:
Bir nəfər şəhərin ən ucqar yerindən qaça-qaça gəlib belə dedi: “Ey Musa! Əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx! Mən sənə bunu tövsiyə edirəm”.
Kerbelayi Malik ağa:
Şəhərin o biri ucundan bir adam qaçaraq gəldi: ‘Ey Musa! (Qövmün) əyan-əşrafı mütləq səni öldürmə əmrini vermək üçün danışırlar. Elə isə dərhal (şəhərdən) çıx get. Şübhəsiz ki, mən sənə öyüd verənlərdənəm.’ dedi.
Ələsgər Musayev:
S?h?rin o biri t?r?find?n qacaraq bir kisi g?ldi v? dedi: «Ay Musa! H?qiq?t?n, boyukl?r s?nin haqq?nda ?mr c?xartd?lar ki, s?ni q?tl? yetirsinl?r. Xaric ol, h?qiq?t?n, m?n s?nin ucun n?sih?t ed?nl?rd?n?m!»
A.Mehdiyev və D.Cəfərli:
Və şəhərin o biri başından (bəlkə də Fironun sarayı yerləşdiyi yerdən) bir kişi tələsik gəldi, dedi: «Ey Musa, həqiqətən, qövmün böyükləri səni öldürmək barəsində məsləhət – məşvərət edirlər. Odur ki, (Misirdən) çıx get. Şübhəsiz, mən sənin xeyirxahlarındanam».
Kövsər Tağıyev:
Şəhərin o biri ucundan bir adam qaçaraq gəldi. “Ey Musa! Əyan-əşraf toplaşıb səni öldürmək üçün məşvərət edirlər. Elə indi şəhərdən çıx. Həqiqətən, mən sənə məsləhət verənlərdənəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Şəhərin ucqar yerindən bir nəfər qaça-qaça gələrək dedi: ‘Ey Musa, əyanlar səni öldürmək tədbiri tökürlər. Sənə məsləhət görürəm ki, çıxıb gedəsən."
Sabirə Dünyamalıyeva:
Və şəhərin o biri başından bir adam qaça-qaça gəldi. Dedi ki: "Ey Musa! Əyan-əşraf səni öldürmək üçün sənin haqqında müzakirə edirlər. Dərhal çıx! Şübhəsiz ki, mən məsləhətçiyəm."