Əhzab Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Münafiqlər) müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər möminlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda olsaydılar, çox az (özü yalandan) döyüşərdilər.
Elmir Quliyev :
Они полагают, что союзники не ушли. Если бы союзники пришли, то они захотели бы кочевать среди бедуинов и расспрашивать о вас. Будь они вместе с вами, то они бы не сражались, разве что немного.
Ələddin Sultanov:
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
Kerbelayi Malik ağa:
Onlar (münafiqlər) birliklərin (düşmən birliklərinin) getmədiyini güman edirlər. Əgər birliklər gəlsələr, Ərəblərin arasında olub (arasına qarışıb) sizin xəbərlərinizi soruşmaq istəyərdilər. Əgər sizin aranızda olsaydılar, çox azı xaric, döyüşməzdilər.
Ələsgər Musayev:
Hesab edərlər ki, dəstələr getməyib. Əgər dəstələr gələrsə, onlar istərdilər ki, çöldə ərəblər arasında olsunlar, sizin xəbərlərinizdən sual edərək. Əgər olsaydılar sizin aranızda, ancaq az bir hissəsi döyüşərdi.
A.Mehdiyev və D.Cəfərli:
(Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə qorxu vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsa(lar), onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.
Kövsər Tağıyev:
Düşmən birliklərinin getmədiyini zənn edirlər. Düşmən birlikləri (bir daha) gələsi olsa, istəyərlər ki, (səhrada) bədəvilərin arasında olsunlar, sizə dair xəbərləri (gəlib gedənlərdən) soruşsunlar. Aranızda olsaydılar da, çox az savaşardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar düşmən dəstələrinin çəkilib gedmədiyini güman edirdilər. O dəstələrin birdə qayıdıb gələcəyi halda onlar çöldə bədəvilər arasında olub xəbərlərinizi orada almaq istərdilər. Onlar sizin aranızda olsaydılar, ancaq azacıq vuruşardılar.
Sabirə Dünyamalıyeva:
Onlar, birləşmiş düşmən dəstələrinin çıxıb getmədiyini zənn edirdilər. Əgər düşmən birlikləri gələsi olsa, çöldə bədəvi ərəblər içində öz yerlərini alıb sizə dair xəbərləri soruşmaq istəyərlər. əgər onlar sizin aranızda olsaydılar çox az vuruşardılar.