Əlixan Musayev:
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.
Bünyadov-Məmmədəliyev:
İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu.
Elmir Quliyev
:
Предположение Иблиса относительно них оказалось правдивым, и они последовали за ним, за исключением группы верующих.
Ələddin Sultanov:
Şübhəsiz ki, İblisin onlar barəsindəki təxmini düz çıxdı. Möminlərdən ibarət bir dəstə istisna olmaqla, hamısı ona tabe oldular.
Kerbelayi Malik ağa:
And olsun ki, iblis onlar üzərindəki zənnini (hədəfini) yerinə yetirdi. Beləcə möminlərdən ibarət bir firqə (Allaha təslim olmağı diləyənlər) istisna olmaqla, hamısı şeytana tabe oldular.
Ələsgər Musayev:
Əlbəttə, doğru etdi onların üzərində iblis öz zənnini
və tabe oldular ona, ancaq bir dəstə inananlardan başqa.
A.Mehdiyev və D.Cəfərli:
Və həqiqətən, İblisin onlar barəsində zənni düz çıxdı yalnız möminlərdən ibarət bir dəstə istisna olmaqla hamısı ona tabe oldular.
Kövsər Tağıyev:
İblis onlar haqqındakı zənnini doğru çıxardı. İnananlardan bir dəstə xaric hamısı ona uydu.
M.Qənioğlu və T.Bilaloğlu:
iblis öz zənnini onlara bir həqiqət kimi qəbul etdirdi və onlar, bir dəstə mömindən başqa, onun ardınca getdilər.
Sabirə Dünyamalıyeva:
20) Və and olsun ki İblis/zehin qabiliyyəti[#242] onlar haqqındakı zənnini təsdiq etdi və möminlərdən ibarət bir firqədən qeyriləri İblisə uydu.